Xəzər Xəbər

PSJ "Real"ın ulduzu ilə danışıqlara başladı

İdman | 18:14 • 29 Dekabr 2018
PSJ "Real"ın ulduzu ilə danışıqlara başladı

"Real"ın futbolçusu İsko PSJ-nin maraq dairəsinə düşüb.


Bu barədə "Paris United" məlumat yayıb.


Xəbərə görə, Paris klubunun prezidenti Nasser Al-Helaifi futbolçunun atası və meneceri ilə görüş keçirib.


İsko bu keçidə müsbət yanaşır. Belə ki, baş məşqçi Santyaqo Solari ilə münaqişədən sonra o da, Madrid klubunda qalmağa meyilli deyil.

Xatırladaq ki, 26 yaşlı yarımmüdafiəçi cari mövsümdə 11 oyunda meydana çıxıb.


Qeyd edək ki, İskonun xidmətində PSJ ilə yanaşı "Barselona", "Yuventus", "Mançester Yunayted" və "Çelsi" maraqlıdır. Onun "Real" ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.


Fanat.Az

Xəbər lenti