Xəzər Xəbər

Burak Yılmaz "Beşiktaş"la anlaşdı

İdman | 16:52 • 29 Dekabr 2018
Burak Yılmaz "Beşiktaş"la anlaşdı

Cari mövsüm "Trabzonspor"da problemlərlə üzləşən Burak Yılmaz klubdan ayrılıb.

Türkiyə millisinin üzvü karyerasını "Beşiktaş"da davam etdirəcək. İstanbul klubunun transferlərlə məşğul olan rəsmisi Umut Güner Trabzon təmsilçisiylə və futbolçunun agentiylə görüşüb. Anlaşmaya görə,"Trabzonspor"un Buraka olan borclarının dörddə üçünü "Beşiktaş" ödəyəcək. Qalan hissəni isə qara dəniz təmsilçisi öz boynuna götürüb. 33 yaşlı futbolçu "qara qartallar"da maaşının 3 milyon avro olmasına razılıq verib.

Transferinin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Burak Yılmaz ötən il Çinin "Beyiçzin Qoyan" klubundan "Trabzonspor"a keçmişdi. Burak 2006-2008-ci illərdə "Beşiktaş"da oynayıb. Təcrübəli hücumçu "Antalyaspor", "Manisaspor", "Fənərbağça", "Qalatasaray", "Əskişəhərspor" kimi klubların da şərəfini qoruyub.

Xəbər lenti