Xəzər Xəbər

"Çelsi" "Borussiya"nın futbolçusu ilə razılığa gəldi

İdman | 14:57 • 29 Dekabr 2018
"Çelsi" "Borussiya"nın futbolçusu ilə razılığa gəldi

Bu keçid 2019-cu ilin iyununda gerçəkləşəcək.

Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbolçusu Kristian Pulişiç İngiltərənin "Çelsi" klubuna transferinin şərtlərində prinsipial razılığa gəlib.

Keçid iki klub arasında kompensasiya məbləğində anlaşma əldə olunduqdan sonra rəsmiləşəcək. Transfer məbləği 45 milyon avrodan çox olacağı təqdirdə, Almaniya təmsilçisi ABŞ millisinin 20 yaşlı cinah oyunçusunun satışının əleyhinə deyil. Razılığa gəlinsə, bu keçid 2019-cu ilin iyununda gerçəkləşəcək.

Qeyd edək ki, Kristian Pulişiçin "Borussiya" ilə 2020-ci ilin yayınadək müqaviləsi var. Onunla Almaniyanın "Bavariya", İngiltərənin "Liverpul" və Fransanın PSJ klubları maraqlanır. Gənc oyunçu bu mövsüm 3 qol və 4 məhsuldar ötürmə müəllifi olub. (Report)

Xəbər lenti