Xəzər Xəbər

Samir Əliyev millinin baş məşqçisi təyin olundu

İdman | 17:40 • 28 Dekabr 2018
Samir Əliyev millinin baş məşqçisi təyin olundu

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi postunda dəyişiklik olub.

Yığma Samir Əliyevə tapşırılıb. O, Vüqar Məmmədi əvəzləyib. Təyinat AFFA-nın Məşqçilər Komitəsinin təqdimatı əsasında baş katibliyin birgə müzakirələri nəticəsində reallaşıb.

39 yaşlı mütəxəssis komandanı 2019-cu ilin oktyabr ayında keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlayacaq.

Qeyd edək ki, S.Əliyev ötən mövsüm "Səbail”ə rəhbərlik edib.

Xəbər lenti