Xəzər Xəbər

"Tottenhem" hücumçusunu göndərir

İdman | 13:33 • 28 Dekabr 2018
"Tottenhem" hücumçusunu göndərir

"Tottenhem" hücumçusu Vinsent Yanssenlə yolları ayırmağa hazırlaşır.

London klubu zədə səbəbində performansı xeyli aşağı düşən futbolçunu gələcək planlarında görmür. Baş məşqçi Maurisio Poçettino 24 yaşlı futbolçunu qışda göndəriləcək oyunçular siyahısına əlavə edib.

Qeyd edək ki, "Tottenhem" Hollandiya millisinin üzvünü 2016-cı ildə "Alkmaar"dan 22 milyon avroya transfer edib. O, cari mövsüm zədə səbəbindən oynamayıb. Yanssen ötən mövsümü icarə əsasında "Fənərbağça"da keçirib.

Xəbər lenti