Xəzər Xəbər

"İnter" irqçi şüarlara görə cəzalandı

İdman | 13:08 • 28 Dekabr 2018
"İnter" irqçi şüarlara görə cəzalandı

İtaliya A Seriyasının 18-ci turunda "İnter” - "Napoli" matçında (1:0) meydan sahiblərinin azarkeşlərinin qonaqların müdafiəçisi Kalidu Kulibaliyə qarşı irqçi şüarlar səsləndirməsi Milan klubunun cəzalanmasına səbəb olub.

İtaliya Futbol Federasiyasının İntizam Komitəsi "İnter"ə iki matçlıqazarkeşsiz oynama cəzası verib. Üçüncü qarşılaşmada isə irqçi şüarların səsləndirildiyi tribunada azarkeş yer almayacaq.

Bundan əlavə, qarşılaşmada qırmızı vərəqə alan "Napoli"nin futbolçuları - Kalidu Kulibali və Lorenso İnsinye iki matçlıq cəzalanıblar.

Xəbər lenti