Xəzər Xəbər

"Milan" Qattuzonu yola salır

İdman | 13:02 • 28 Dekabr 2018
"Milan" Qattuzonu yola salır

"Milan" baş məşqçisi Cennaro Qattuzo ilə yolları ayıracaq.

Komandanın son turda səfərdə "Frozinone"yə uduzması klub rəhbərliyini bu addımı atmağa vadar edib. İddiaya görə, 19-cu turda SPAL-la oyunun nəticəsindən asılı olmayaraq, 40 yaşlı mütəxəssislə yollar ayrılacaq.

Qeyd edək ki, Qattuzo 2017-ci ilin noyabrından "Milan"ı çalışdırır. Hazırda komanda 28 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər lenti