Xəzər Xəbər

Robinyo Türkiyədə klubunu dəyişdi

İdman | 12:57 • 28 Dekabr 2018
Robinyo Türkiyədə klubunu dəyişdi

"Sivasspor"dan çıxış edən Braziliya millisinin sabiq futbolçusu Robinyo Türkiyədə klubunu dəyişib.

34 yaşlı hücumçu Super Liqanın lideri "Başakşəhər"lə anlaşıb. Bu barədə İstanbul klubunun prezidenti Göksel Gümüşdağ məlumat verib. Transferin detalları barədə isə məlumat verilməyib.

Qeyd edək ki, bu ilin əvvəlində "Sivasspor"a keçən Robinyo Sivas klubunda 30 oyuna 12 qol vurub, 5 assist edib.

Xəbər lenti