Xəzər Xəbər

“Qarabağ” 2,5 milyonluq futbolçu alır

İdman | 11:48 • 28 Dekabr 2018
“Qarabağ” 2,5 milyonluq futbolçu alır

PAOK-un futbolçusu Yevgeni Xaçeridi karyerasını "Qarabağ”da davam etdirə bilər.

Yunanıstan mətbuatı Ağdam klubunun Ukrayna millisinin təcrübəli müdafiəçisinə rəsmi təklif göndərdiyini iddia edir.

Belə ki, "Qarabağ” hazırda 31 yaşlı legioneri heyətinə qatmağa əsas namizəd hesab olunur. Transfer məbləği 2.5 milyon avro olan Xaçeridinin PAOK-la 2021-ci ilin yayına kimi müqaviləsi var.

Qeyd edək ki, Ukrayna mətbuatında da Yevgeninin Azərbaycan klublarının birindən təklif aldığı barədə məlumat yayılıb.(qafqazinfo.az)

Xəbər lenti