Xəzər Xəbər

PSJ klubu Canluici Buffon ilə müqaviləni uzadıb

İdman | 13:32 • 27 Dekabr 2018
PSJ klubu Canluici Buffon ilə müqaviləni uzadıb

Fransanın PSJ futbol klubu italyan qapıçı Canluici Buffon ilə müqaviləni uzadıb.


Xezerxeber.az xəbər verir ki, Buffon PSJ klubu ilə "1+1” illik müqavilə imzalayıb. Qapıçı cari mövsüm klubda 13 oyundan 8-də qol buraxmayıb.


PSJ Fransa çempionatında liderliyini qoruyub saxlayır və ən yaxın izləyicisini 13 xalla qabaqlayır.


Paris təmsilçisi Çempionlar Liqasının "C” qrupunda birinci olaraq 1/8 finala yüksəlib. Növbəti turda isə onlar İngiltərənin "Mançester Yunayted” klubuna qarşı oynayacaqlar.


Qeyd edək ki, Buffon İtaliya millisinin heyətində 176 oyuna çıxıb və 2006-cı ildə Almaniyada keçirilən XVIII dünya çempionatının qalibi olub. Buffon "Yuventus” klubunun heyətində dörd dəfə İtaliya çempionluğunu bayram edib.

Xəbər lenti