Xəzər Xəbər

“Dərimin rəngi ilə qürur duyuram” - Tanınmış futbolçu

İdman | 11:13 • 27 Dekabr 2018
“Dərimin rəngi ilə qürur duyuram” - Tanınmış futbolçu

İtaliyanın "Napoli" klubunun seneqallı qaradərili müdafiəçisi Kalidu Kulibali "İnter" ilə A Seriyasının 18-ci tur matçında məğlubiyyətlərinə münasibət bildirib.

Görüş zamanı seneqallı futbolçu "İnter" azarkeşləri tərəfindən irqçi təhqirlərə məruz qalıb.

Görüşün 80-ci dəqiqəsində müdafiəçi baş hakim Paolo Matsoleni alqışladığına görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bir neçə saniyə əvvəl isə hakim Kulibalinin cərimə etdiyini qeydə alıb.

"Məğlubiyyətə görə məyusam, lakin məni daha çox qardaşlarımı meydanda azlıqda qoymağım kədərləndirir. Ancaq dərimin rəngi ilə qürur duyuram. Fəxr edirəm ki, mən fransalı, seneqallı və neapolluyam. İnsan olmağımla qürur duyuram", — deyə Kulibali öz "Twitter" mikrobloqunda yazıb.(report.az)

Xəbər lenti