Xəzər Xəbər

Dodo "Qəbələ"yə qayıdır - Klubdan açıqlama

İdman | 15:41 • 26 Dekabr 2018
Dodo "Qəbələ"yə qayıdır - Klubdan açıqlama

"Qəbələ" sabiq futbolçusu Dodonu baxışa dəvət edib.

Bu barədə komandanın meneceri Səbuhi SəfiyarlıSportal.azsaytına açıqlamasında deyib. Braziliyalı futbolçu komandanın Antalyadakı təlim-məşq toplanışında iştirak edəcək. 31 yaşlı hücumameyilli yarımmüdafiəçinin performansı baş məşqçi Sənan Qurbanovu qane etsə, transfer rəsmiləşəcək.

Qeyd edək ki, Dodo 2011/2016-cı illərdə "Qəbələ"də çıxış edib. O, "qırmızı-qaralar"dan ayrılandan sonra Braziliyanın "Joinvil" və Yunanıstanın AEL klublarında çıxış edib.

Xəbər lenti