Xəzər Xəbər

"Beşiktaş"ın Kuarejma planı

İdman | 16:03 • 26 Dekabr 2018
"Beşiktaş"ın Kuarejma planı

"Beşiktaş"da ikinci dönəmində iki dəfə çempionluq yaşayan Rikardo Kuarejmanın İstanbul klubundan ayrılmaq ehtimalı yaranıb.

XəzərXəbər xəbər verir ki, yaşının çox olması və yüksək əmək haqqı alması səbəbindən İstanbul klubu portuqaliyalı futbolçu üçün gələcək təklifləri dəyərləndirməyə hazırdır. 35 yaşlı futbolçu karyerasına "Portu"da son qoymaq istəsə də, Çindən yarımmüdafiəçiyə maraq var. Əgər Asiya ölkəsindənrəsmi təklif gəlsə, "Beşiktaş" təcrübəli futbolçunu yola salacaq.

Qeyd edək ki, Kuarejma "Beşiktaş"da 2015-ci ildən çıxış edir.

Xəbər lenti