Xəzər Xəbər

Fransızlar "Arsenal"dan 80 milyon istədi

İdman | 13:57 • 26 Dekabr 2018
Fransızlar "Arsenal"dan 80 milyon istədi

"Lill"in Nikolya Pepe üçün "Arsenal"dan istədiyi məbləğ müəyyənləşib.


Fransızlar İngiltərə klubundan 80 milyon avro tələb edib. Klublar arasında danışıqlar davam edir.


Bu transfer baş tutsa, "Arsenal" tarixinin ən bahalı transferini etmiş olacaq. London klubunun indiyəqədərki ən bahalı transferi Pyer-Emerik Aubameyanqdı. Qabonlu futbolçu 2018-ci ilin yanvarında Dortmund "Borussiya"sından "Arsenal"a 57,38 milyon funt-sterlinqə (təxminən 63,75 milyon avro) transfer olunub.


Qeyd edək ki, Nikolas Pepe "Lill"ə 2017-ci ildə "Angers"dən "Lill"ə 10 milyon avroya transfer olunub. 23 yaşlı forvard cari mövsümdə meydana çıxdığı 20 rəsmi matçda 12 qol vurub və 7 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti