Xəzər Xəbər

Asiyada oynayan ən yaxşı futbolçular

İdman | 13:30 • 26 Dekabr 2018
Asiyada oynayan ən yaxşı futbolçular

İdman analitika şirkəti "İnStat” 2018-ci ildə Asiyada çıxış edən ən yaxşı futbolçuları müəyyənləşdirib.


Çinin "Quançjou Everqrand" klubunda çıxış edən Anderson Taliska 316 xal toplayaraq birinci olub.


Bu ölkənin "Şanxay SİPQ" klubunda forma geyinən braziliyalı Oskar 305 xalla ikinci, Yaponiyanın "Vissel Kobe" klubunun üzvü Andres İnyesta 304 xalla üçüncü yeri tutub.


303 xal yığan braziliyalı Halk ("Şanxay SİPQ", Çin) 4dördüncü, 300 xal toplayan Conatan Viera (Pekin Quan) beşinci olub.


Fanat.Az

Xəbər lenti