Xəzər Xəbər

"Barselona" "bir daşla iki quş" vuracaq: Onu alıb, "Real"ın qarşısını kəsəcək...

İdman | 13:25 • 26 Dekabr 2018
"Barselona" "bir daşla iki quş" vuracaq:

"Barselona" PSJ-nin futbolçusu Kilian Mbappeni transfer etmək istəyir.


Kataloniya klubu fransalı hücumçu üçün futbolçusu Filipp Koutinyo və 150 milyon avro təklif etməyə hazırdı. Bildirilir ki, "Barsa"nın Koutinyodan istifadə etməyi bu transferin gerçəkləşməsi şansını yüksəldə bilər.


Bununla "Barselona" həm də "bir daşla iki quş vuracaq". Belə ki, PSJ Mbappeni satandan sonra Neymarı heyətində saxlamağa məcbur olacaq. Beləliklə, "Real" uzun müddətdi heyətinə qatmaq istədiyi braziliyalı ulduzu transfer edə bilməcəyək.


Fanat.Az

Xəbər lenti