Xəzər Xəbər

Emenike Türkiyəyə qayıdır

İdman | 11:55 • 26 Dekabr 2018
Emenike Türkiyəyə qayıdır

Türkiyə I Liqasında mövsümün ilk yarısını ikinci pillədə başa vuran "Dənizlispor" səs-küylü transfer reallaşdırmaq istəyir.

Azad agent statusu daşıyan Emmanuel Emenike Dənizli təmislçisinin rəhbərliyilə görüşüb. Nigeriya millisinin sabiq üzvü "Karabükspor"un da maraq dairəsindədir. Klubsuz qalan Emenikenin Türkiyəyə qayıdacağı gözlənilir.

Qeyd edək ki, Emenike yayda "Olimpiakos"dan ayrıldıqdan sonra klubsuzdur. 31 yaşlı forvard "Karabükspor", "Spartak", "Fənərbağça", "Əl-Əyn", "Ves Hem" kimi klublarda çıxış edib.

Xəbər lenti