Xəzər Xəbər

Ulduz futbolçu “Çelsi”dən gedir

İdman | 15:42 • 25 Dekabr 2018
Ulduz futbolçu “Çelsi”dən gedir

"Çelsi”nin braziliyalı futbolçusu David Luis Londonu tərk edəcək.

Braziliyalı müdafiəçi 2019-cu ilin yayında İngiltərə təmsilçisindən ayrılacaq.

Cənubi amerikalının bu addımı atmasına klubun transfer siyasəti səbəb olub. 30 yaşdan yuxarı oyunçularla 1 ildən artıq müddətə müqavilə imzalamayan "Çelsi”nin bu strategiyası təcrübəli müdafiəçini qane etmir. Birillik müqaviləyə razılaşmayan David özünə yeni komanda axtarmağı daha məqsədəuyğun sayıb.

Düzdü, baş məşqçi Maurisio Sarri klub rəhbərliyini Luisə güzəşt etməyə razı salmağa çalışıb. Lakin londonlular transfer siyasətindən əl çəkməyib.

Qeyd edək ki, Luis cari mövsümdə 21 oyun keçirib.

Xəbər lenti