Xəzər Xəbər

Aleks Ferqyuson "Mançester Yunayted"ə qayıdır

İdman | 10:04 • 25 Dekabr 2018
Aleks Ferqyuson "Mançester Yunayted"ə qayıdır

77 yaşlı mütəxəssis komandanın yeni baş məşqçisi Ule Qunnar Sulşerin məsləhətçisi olacaq.

Əfsanəvi məşqçi Aleks Ferqyuson İngiltərənin "Mançester Yunayted" klubuna qayıdır.

"Report" "The Sun"a istinadən verdiyi məlumata görə, 77 yaşlı mütəxəssis komandanın yeni baş məşqçisi Ule Qunnar Sulşerin məsləhətçisi olacaq. Bildirilir ki, A.Ferqyuson "qırmızı şeytanlar"ın Şulşerə tapşırılmasında aktiv şəkildə iştirak edib. O həmçinin sabiq köməkçisi Maykl Felanın kluba qayıtmasına da yardımçı olub.

"Mançester Yunayted"in sabiq qapıçısı Peter Şmeyxelin də klubun idman direktoru olması gündəmdədir.

Qeyd edək ki, A.Ferqyuson 1986 – 2013-cü illərdə "Mançester Yunayted”in baş məşqçisi olub. O, bu müddətdə 38 titul qazanıb.

Xəbər lenti