Xəzər Xəbər

“Barselona”nın cari ildə vurduğu qollarının 47,6 faizində Messinin payı var

İdman | 17:44 • 24 Dekabr 2018
“Barselona”nın cari ildə vurduğu qollarının 47,6 faizində Messinin payı var

İspaniyanın "Barselona” futbol klubunun hücumçusu Lionel Messi 2018-ci ildə komandanın 70 qolunda iştirak edib. Katalonlar bu il ümumi 148 qol vurublar.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, argentinalı cari il "Barselona”da 47 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.


Beləliklə, futbolçu klubun qollarının 47,6 faizində iştirak edib.


Qeyd edək ki, Messi "Barselona”da ümumilikdə 573 qolun müəllifidir.

Xəbər lenti