Xəzər Xəbər

“Marca” cari ilin ən yaxşı futbolçularının ilkin siyahısını açıqlayıb

İdman | 17:20 • 24 Dekabr 2018
“Marca” cari ilin ən yaxşı futbolçularının ilkin siyahısını açıqlayıb

İspaniyanın məşhur "Marca” nəşri cari ilin ən yaxşı futbolçularının ilkin siyahısını açıqlayıb.


Xezerxeber.az xəbər verir ki, siyahıda 2018-ci ilin ən yaxşı 100 futbolçusu yer alıb. İlk onluqda Avropanın aparıcı klublarının oyunçuları qərarlaşıb.


Səsvermə yanvar 1-dək davam edəcək. Bu günədək səsvermənin nəticəsinə görə, "Real Madrid” klubunun yarımmüdafiəçisi Luka Modriç birinci yerdədir. İkinci ən çox səs toplayan Lionel Messidir. İlk üçlüyü "Atletiko Madrid” klubunun hücumçusu Antuan Qrizman tamamlayır.


İlk onluqda Kriştianu Ronaldu, Kilyan Mbappe, Məhəmməd Salah, Rafael Varan, Kevin De Bruyne, Harri Keyn və Eden Hazard yer alıblar.

Xəbər lenti