Xəzər Xəbər

Fatih Terimin rekord gecəsi

İdman | 15:50 • 24 Dekabr 2018
Fatih Terimin rekord gecəsi

"Qalatasaray"ın "Sivasspor"u 4:2 hesabı ilə məğlub etdiyi matçda komandanın baş məşqçisi Fatih Terim rekordlarını yeniləyib.


Mütəxəssis bu qələbədən sonra "Qalatasary"la 200-cü zəfərini qazanıb. Bununla da Terim Super Liqa tarixində bir komanda ilə ən çox qələbə qazanmış məşqçi ünvanını əlində saxlayıb.


"Sivaspor"un qapısına 4 qol vuran "Qalatasaray" Terimin rəhbərliyi altında 850 qol səddinə çatıb. Bu oyunla birlikdə təcrübəli çalışdırıcının iş başında olduğu 425-ci rəsmi oyunda komandanın 850-ci qolunu 69-cu dəqiqədə Henri Onyekuru vurub.


"Qalatasaray" Terimin rəhbərliyi altında 98 fərqli oyunçusunun qolları ilə hesaba qatqısı olmaqla yanaşı, tablo 20 dəfə rəqib futbolçuların öz qapılarına vurduğu qollarla da dəyişib. 2013-2014 mövsümündə "Qalatasaray"ın "Beşiktaş" qarşısında 3:0 hesablı qazandığı qələbədə bir qol da tarixdəki yerini aldı.


Fanat.Az

Xəbər lenti