Xəzər Xəbər

Maurisio Poçettino "Mançester Yunayted"də?

İdman | 15:35 • 24 Dekabr 2018
Maurisio Poçettino "Mançester Yunayted"də?

Mövsümün sonuna qədər Ole Qunnar Sulşerlə anlaşan "Mançester Yunayted"in gələn mövsüm üçün baş məşqçi axtarışında olduğu bildirilir.


Hazırda "Tottenhem"ə başçılıq edən Maurisio Poçettinonun "qırmızı şeytanlar"ın baş məşqçi namizədləri siyahısında birinci pilləni tutduğu iddia olunur.


Ötən axşam "Everton"a 6:2 hesabı ilə qalib gəldikləri matçdan sonra bu xəbərlərə münasibət bildirən argentinalı mütəxəssis isə "Tottenhem"in mətbuat katibini işarə edərək "Bir çox dedi-qodu var. Bu adamı üzmək istəmirəm. Bizim öz oyunlarımıza köklənməyimiz vacibdi. Uğur qazanmaq üçün əlimizdən gələni edirik" deyib.


Fanat.Az

Xəbər lenti