Xəzər Xəbər

Ulduz futbolçu meydanda, oğrular evində 1 milyon avro apardılar

İdman | 15:28 • 24 Dekabr 2018
Ulduz futbolçu meydanda, oğrular evində

PSJ-nin futbolçusu Tiaqo Silvanın evi soyulub.


Hadisə dekabrın 23-də braziliyalı ulduzun Parisdəki evində baş verib. Həmin vaxt Silva "Nant"la oyunda meydandda olub.


Mühafizəçilərdən yayınan oğrular bacadan evə girərək 600 min avro dəyərində daş-qaş oğurlayıblar. Futbolçunun pasportunun olduğu çantanı da aparan oğrular ona ümumilikdə 1 milyon avro ziyan vurublar.


Fanat.Az

Xəbər lenti