Xəzər Xəbər

“Mançester Yunayted”dən Şmeyxelə təklif

İdman | 13:31 • 24 Dekabr 2018
“Mançester Yunayted”dən Şmeyxelə təklif

Peter Şmeyxel sabiq klubu "Mançester Yunayted”də çalışa bilər.

XəzərXəbər xəbər verir ki, veteran qapıçıya idman direktoru vəzifəsi təklif edilib.

Şmeyxel bununla bağlı Britaniya mətbuatına açıqlamasında deyib: "Mən bu işdə kluba kömək edə bilərəmmi, bu suala cavab tapmaq üçün fikirləşməliyəm. Yeni il tətilində bir müddət istirahət edəcəm və son qərarımı verəcəm”.

Qeyd edək ki, danimarkalı Şmeyxel 1991-1999-cu illərdə ”mankunyanlar”ın şərəfini qoruyub.

/Qol.az/

Xəbər lenti