Xəzər Xəbər

Belçikanın ən yaxşısı bəlli oldu

İdman | 12:56 • 24 Dekabr 2018
Belçikanın ən yaxşısı bəlli oldu

İngiltərənin "Çelsi” futbol klubunun hücumçusu Eden Hazard Belçikada bu ilin ən yaxşı idmançısı adına layiq görülüb.

Rusiyada keçirilən futbol üzrə XXI Dünya çempionatını Belçika milli komandası, kapitan Hazardın gözəl oyunu nəticəsində üçüncü sırada tamamlayıb.

Hazard, həmçinin may ayında "Çelsi” klubunun heyətində İngiltərə kubokunu qazanıb.

Belçikada futbolçulardan 2014-cü ildə Tibo Kurtua və 2015-ci ildə isə Kevin De Bruyne bu mükafatı qazanıb.

Qeyd edək ki, Hazard keçirilən səs vermədə beş idmançı arasında ən çox səs toplayıb.

Xəbər lenti