Xəzər Xəbər

Mourinyo qovuldu, Sançez qazandı

İdman | 10:27 • 24 Dekabr 2018
Mourinyo qovuldu, Sançez qazandı

Bir neçə gün əvvəl "Mançester Yunayted"dən qovulan Joze Mourinyo ilə münasibətləri yaxşı olmayan Aleksis Sançes, portuqaliyalı mütəxəssisin komandadan ayrılmasından pul qazanıb.

XəzərXəbər komanda.az-a istinadən bildirir ki,çilili hücumçu Mourinyonun qovulmasından bir neçə gün əvvəl MY-dəki komanda yoldaşı Markos Roxo ilə mərcə girib. Sançez mütəxəssisin yaxın zamanda qovulacağını deyib, Roxo isə onun komandada qalacağını bildirib.

Bununla da, futbolçular 20 min poundluq mərcə giriblər və bu məbləği qazanan Sançes olub.

Xəbər lenti