Xəzər Xəbər

İtaliya A Seriyasında 17-ci turun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

İdman | 09:19 • 23 Dekabr 2018
İtaliya A Seriyasında 17-ci turun növbəti oyunları keçirilib -

Dekabrın 22-də İtaliya A Seriyasında 17-ci turun növbəti oyunları keçirilib.


Xezerxeber.az xəbər verir ki, turun mərkəzi qarşılaşması Turində oynanılıb. Son çempion "Yuventus” "Roma” klubunu qəbul edib. Görüş turinlilərin minimal hesabla qələbəsi ilə başa çatıb (1:0).


"Qoca sinyora"nın heyətində yeganə qolun müəllifi 35-ci dəqiqədə Mario Madzukiç olub. Bu qələbədən sonra xalların sayini 47-ə çatdıran "Yuventus" turnir cədvəlində liderliyini davam etdirir, paytaxt təmsilçisi isə 24 xalla 10-cü yerdə qərarlaşıb.


Beləliklə, "Yuventus"un 17 oyunluq məğlubiyyətsizlik seriyası davam edir.


Turun digər maraq doğuran oyunu Mialndaki "San Siro" stadionunda reallaşıb. "Fiorentino" klubu cari mövsümün iddialı klubu "Milan" komandasının qonağı olub. Gərgin idman mübarizəsi şəraitində keçən görüş "Fiorentino"nun qələbəsi ilə başa çatıb (1:0).


Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:


"Lazio" - "Kalyari" - 3:1,


"Empoli" - "Sampdoriya" - 2:4,


"Genoa" - "Atalanta" - 3:1,


"Napoli" - SPAL - 1:0,


"Sassuolo" - "Torino - 1:1,


"Udineze" - "Frosinone" - 1:1,


"Kievo" - "İnter" - 1:1,


"Parma" - "Bolonya" - 0:0.

Xəbər lenti