Xəzər Xəbər

"Yuventus"dan rekord müqavilə: 408 milyon avro

İdman | 14:41 • 22 Dekabr 2018
"Yuventus"dan rekord müqavilə: 408 milyon avro

"Yuventus" "Adidas"la sponsorluq müqaviləsini 2027-ci ilin 30 iyununadək uzadıb.


 Turin klubu bu müddətdə ən azı 408 milyon avro gəlir əldə edəcək. Bu isə italyanların ildə 51 milyon gəlir əldə etməsi deməkdi. "La Gazzetta dello Sport"un məlumatına görə, bu İtaliya rekordudu.


"Yuventus"un 2015/16 mövsümündə "Adidas"la bağladığı müqavilə 2021-ci ildə başa çatacaqdı. Yeni anlaşma 201920 mövsümündən qüvvəyə minəcək.


Klubdan verilən açıqlamada həmçinin bildirilir ki, "Adidas" dekabrın 31-dək "Yuventus"a 15 milyon avro mükafat ödəyəcək.


Fanat.Az

Xəbər lenti