Xəzər Xəbər

Azərbaycanlı futbolçu "Spartak"a keçir?

İdman | 12:57 • 22 Dekabr 2018
Azərbaycanlı futbolçu "Spartak"a keçir?

Rusiya Futbol İttifaqı azərbaycanlı futbolçuAyaz Quliyevınçıxış etdiyi "Rostov" klubuna ağır cəza verib.

"Report" qurumun saytına istinadən xəbər verir ki, İttifaq komandanın heyətinə yeni futbolçu cəlb etməsinə müvəqqəti olaraq qadağa qoyub.

Buna səbəb "Rostov"un sabiq futbolçusuYevgeni Makeyevəolan borcunu ödəməməsi göstərilib. Bildirilib ki, klub 29 yaşlı müdafiəçiyə borclarını ödəyəcəyi təqdirdə, bu cəza qaldırıla bilər.

Qeyd edək ki, Ayaz Quliyevlə Rusiyanın digər klubu "Spartak" yaxından maraqlanır. 22 yaşlı yarımmüdafiəçi məhz mövsümün əvvəlində "Spartak"dan "Rostov"a keçib. Bu cəzanın aradan qaldırılmayacağı təqdirdə, "Rostov" istedadlı oyunçunu komandada saxlaya bilər.

Xəbər lenti