Xəzər Xəbər

“Real”da İTKİ: Finalda olmayacaq

İdman | 12:19 • 22 Dekabr 2018
“Real”da İTKİ: Finalda olmayacaq

"Real” ciddi itkiylə üzləşib.

"Kral klubu”nun futbolçusu Marko Asensio zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Asensio FİFA klublararası dünya çempionatının yarımfinalında "Kasima Antlers”i məğlub etdikləri (3:1) matçda zədələnib. İspan futbolçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

"Real” FİFA klublararası dünya çempionatının finalında - 22 dekabrda "Əl Əyn” klubuyla qarşılaşacaq./publika.az

Xəbər lenti