Xəzər Xəbər

Miloş Krasiç karyerasını başa vurur

İdman | 11:49 • 22 Dekabr 2018
Miloş Krasiç karyerasını başa vurur

Serbiya millisinin sabiq üzvü Miloş Krasiç futbolçu karyerasını başa vurmaq istədiyini deyib.

Polşanın "Lexiya" klubundan müqaviləsinin başa çatmasına altı ay qalmış ayrılan 34 yaşlı yarımmüdafiəçi karyerasını başa vurmaq istədiyini deyib. Krasiç qəti qərar vermədiyini desə də, vaxtını daha çox ailəsinə sərf etmək istədiyini vurğulayıb. Serbiyalı futbolçu baş məşqçi olmağı düşündüyünü və məşqçi kurslarına yazılacağını sözlərinə əlavə edib.

Qeyd edək ki, Miloş Krasiç Serbiyanın "Voyvodina" klubunun yetirməsidir. O, ÇSKA (Moskva), "Yuventus", "Bastiya" və "Lexiya" klublarında da çıxış edib.

Xəbər lenti