Xəzər Xəbər

"Arsenal" Özili icarəyə verir?

İdman | 11:55 • 22 Dekabr 2018
"Arsenal" Özili icarəyə verir?

"Arsenal" Məsut Özillə yolları ayıra bilər.

Bu barədə "The Times" məlumat yayıb. Məlumatda qeyd edilib ki, performansında eniş olan futbolçu baş məşqçi Unai Emerinin gələcək planlarında daxil deyil. Özilin qış fasiləsində icarəyə veriləcəyi istisna edilməyib.

Bu gün açıqlama verən Unai Emeri son beş oyunda oynamayan Özilin həftəsonu Premyer Liqada "Börnli"yə qarşı start heyətdə yer alacağını açıqlayıb.

Qeyd edək ki, "Arsenal"la yeni müqavilə imzalayan 30 yaşlı Türkiyə əsilli alman yarımmüdafiəçinin illik maaşı 21,5 milyon avrodur.

Xəbər lenti