Xəzər Xəbər

Puyol ABŞ klubunu çalışdıra bilər

İdman | 15:41 • 21 Dekabr 2018
Puyol ABŞ klubunu çalışdıra bilər

Futbolçu karyerasını 2014-cü ildə başa vuran "Barselona"nın əfsanəsi Karles Puyolun baş məşqçi kimi fəaliyyətə başlaması gözlənilir.

İspaniya millisinin sabiq müdafiəçisi baş məşqçi karyerasına MLS-də başlayacaq. Puyol "Atlanta Yunayted"dən ayrılması gözlənilən Tata Martinonun yerinə namizəddir. ABŞ mətbuatında yer alan xəbərə görə, Martionun istefasından sonra sürpriz baş verməsə, post Puyola həvalə olunacaq.

Qeyd edək ki, Tata Martino son mövsüm "Atlanta"nı MLS-də çempion edib.

Xəbər lenti