Xəzər Xəbər

"Beşiktaş" Cenk Tosunu geri qaytarır?

İdman | 15:30 • 21 Dekabr 2018
"Beşiktaş" Cenk Tosunu geri qaytarır?

Türkiyə millisinin üzvü Cenk Tosunun "Everton"da işləri qaydasında getmir.

Cari mövsüm əsas heyətə düşməkdə çətinlik çəkən futbolçudan Liverpul təmsilçisi istədiyini ala bilmir. Baş məşqçi Marku Silvanınplanlarında yer almayan forvard qış transfer pəncərəsində icarəyə verilə bilər. Məlumata görə, Cenki sabiq klubu "Beşiktaş"a icarəyə götürmək istəyir. Məlumata görə, İstanbul təmsilçisi 27 yaşlı futbolçunun keçidində bütün şərtləri qəbul etməyə hazırdır.

Qeyd edək ki, "Everton" ilin əvvəlində Tosunu 24+4 milyon avroya "Beşiktaş"dan transfer etmişdi.

Xəbər lenti