Xəzər Xəbər

Ranyeri: "Mourinyo futbolun ürəyidir"

İdman | 15:02 • 21 Dekabr 2018
Ranyeri: "Mourinyo futbolun ürəyidir"

"Fulhem"in baş məşqçisi Klaudio Ranyeri "Mançester Yunayted"dən göndərilən Joze Mourinyo ilə bağlı açıqlama verib.

İtaliyalı mütəxəssis Mourinyonu futbolun ürəyin adlandırıb:

"Jose Mourinyoya istefaya göndəriləndən sonra mesaj yolladım. Onunla yaxın dostuq. Mourinyo, Antonio Konte kimi mütəxəssislər futbolun qəlbidir. Ümid edirəm ki, hər ikisi qısa müddətdə yenidən iş başına dönəcəklər. Joze getdiyi hər ölkədə kuboklar qazanıb. Bu, onun üçün önəmlidir".

Xəbər lenti