Xəzər Xəbər

"Valensiya"nın futbolçusu "Barselona"da RƏSMİ

İdman | 14:14 • 21 Dekabr 2018
"Valensiya"nın futbolçusu "Barselona"da

"Barselona” klubu "Valensiya”nın müdafiəçisi Ceyson Murillonu cari mövsümün sonunadək icarəyə götürüb.

Futbolçu dekabrın 27-də ictimaiyyətə təqdim olunacaq.

Cari mövsümün sonunda "Barselona” müdafiəçini transfer edərsə, "Valensiya”ya 25 milyon avro ödəyəcək.

1992-ci ildə Kolumbiyada dünyaya gələn Ceyson Murillo Avropada ilk olaraq İtaliyanın "Udineze” klubu ilə müqavilə bağlayıb və sonradan "Qranada”ya icarəyə verilib. Avropanın bir çox klublarının heyətində yer almış Murilo 2017-ci ilin avqustunda "Valensiya” klubuna icarəyə verilib və sonradan transfer olunub.

Qeyd edək ki, müdafiəçi Kolumbiya yığma komandasının heyətində də yer alıb.(AZƏRTAC)

Xəbər lenti