Xəzər Xəbər

"Keşlə"ni 6 futbolçu tərk edəcək" Tərlan Əhmədov

İdman | 13:26 • 21 Dekabr 2018
"Keşlə"ni 6 futbolçu tərk edəcək"

"Oyunumuz məni qane edir. Tam istədiyim kimi çıxış etdik".

"Kubokda səhvlər bağışlanmır. Hər iki hissədə maraqlı oyun izlədik. Mərhələ keçməsək də, komandamdan razı qaldım".

Bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Kubokunun 1/4 finalında "Qarabağ"la 1:1 hesabı ilə heç-heçə etdikləri cavab matçından sonra söyləyib.

47 yaşlı mütəxəssis bildirib ki, 2019-cu ildə sərgilədikləri futbolu təkmilləşdirməlidirlər:

"Oyunumuz məni qane edir. Tam istədiyim kimi çıxış etdik. Əlbəttə, məni narahat edən məqamlar da var. Hər iki hissələrin başlanğıcında qollar buraxırıq. Görüləcək işlərimiz çoxdur. Komanda indi özünə gəlməkdədir. Ay yarımdur burdayam, hər şeyi bu müddətdə dəyişmək olmur. Komandanın təməlində problemlər var idi. Bunları həll etdik. Qarşıda 14 tur var, çox şey dəyişəcək. Elitada qalmağı yox, daha üst pillələrdə qərarlaşmağı düşünürük".

T.Əhmədov 6 futbolçu ilə yollarını ayıracaqlarını söyləyib: "Siyahı bəllidir. Sabah açıqlanacaq. Maraqlandığımız oyunçular da var".

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları gələn il aprelin 23-də, cavab matçları mayın 1-də olacaq. Qarabağ" "Qəbələ", "Zirə" isə "Sumqayıt"la qarşılaşacaq. (report)

Xəbər lenti