Xəzər Xəbər

Həbibdən FANTASTİK TƏLƏB

İdman | 17:43 • 20 Dekabr 2018
Həbibdən FANTASTİK TƏLƏB

Mütləq döyüş çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədovun atası və məşqçi Abdulmanap Nurməhəmmədov oğlunun irlandiyalı idmançı Konor Makqreqorla mümkün revanş görüşündən danışıb.

XəzərXəbər publika.az-a istinadən xəbər verir ki, idmançının atası ilə "Sport24"ün əməkdaşları söhbət edib.

"Konorla revanş üçün 15 milyon bizə təklif edirdilər. Niyə? 30, uşaqlar, 30", - Nurməhəmmədov bildirib.

O həmçinin qeyd edib ki, onun oğlu ilə titul döyüşünə iddia edən başqa döyüşçülərdən də hörmət etmək tələb olunur. Abdulmanap Nurməhəmmədov amerikalı döyüşçülər Toni Ferqyuson və Dastin Pöryenin adını çəkib.

Qeyd edək ki, dağıstanlı idmançının son təkbətək döyüşü oktyabrın 7-də baş tutub və o, Makqreqora qalib gələrək yüngül çəkidə UFC çempionu titulunu qoruyub.

Xəbər lenti