Xəzər Xəbər

Qattuzonun taleyini üç oyun müəyyənləşdirəcək

İdman | 17:13 • 20 Dekabr 2018
Qattuzonun taleyini üç oyun müəyyənləşdirəcək

İtaliya A Seriyasında son iki turda qalib gələ bilməyən, Avropa Liqasında isə mübarizəni dayandıran "Milan"ın baş məşqçisi Cennaro Qattuzo üçün kritik dönəm başlayıb.

Mütəxəssisin gələcəyi növbəti üç oyunun nəticəsindən asılı olacaq. Klub rəhbərliyi "Fiorentina", "Frozinone" və SPAL-la oyunların nəticələrindən sonra 40 yaşlı çalışdırı ilə bağlı qərar verəcək.

Qeyd edək ki, Qattuzo ötən ilin noyabrından "Milan"ın "sükanı arxası"ndadır.

Xəbər lenti