Xəzər Xəbər

Azərbaycanın FIFA reytinqində mövqeyi dəyişmədi

İdman | 14:19 • 20 Dekabr 2018
Azərbaycanın FIFA reytinqində mövqeyi dəyişmədi
FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.


XəzərXəbər AFFA-ya istinadən xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1206 xalla 107-ci pillədə qərarlaşıb.

FIFA-nın reytinq cədvəlində ilk üçlük də dəyişməyib. Belçika 1727 xalla birinci, Fransa 1726 xalla ikinci, Braziliya isə 1676 xalla üçüncü yerdədir.

Xəbər lenti