Xəzər Xəbər

“Real Madrid” Joze Mourinyonu baş məşqçi vəzifəsinə dəvət etməyə hazırdır

İdman | 12:10 • 20 Dekabr 2018
“Real Madrid” Joze Mourinyonu baş məşqçi vəzifəsinə dəvət etməyə hazırdır

spaniyanın "Real Madrid” klubu Joze Mourinyonu baş məşqçi vəzifəsinə dəvət etməyə hazırdır.


AZƏRTAC İspaniyanın "El Pais” qəzetinə istinadən xəbər verir ki, "Real” klubu iyulun 1-dən sonra portuqaliyalı mütəxəssis ilə müqavilə bağlamağı planlaşdırır. Buna səbəb isə Madrid təmsilçisinin İngiltərənin "Mançester Yunayted” komandasına 5 milyon avro məbləğində təzminat ödəmək istəməməsidir. İspan klubu portuqaliyalı məşqçiyə ildə 20 milyon avro maaş verməyə hazırdır. Bundan əlavə, oyunçuların satılması və alınması üçün bütün səlahiyyətlər, heyətin gücləndirilməsi Mourinyoya həvalə olunacaq.


Qeyd edək ki, Mourinyo 2010-cu ildən 2013-cü ilədək "Real Madrid”ə rəhbərlik edib. İspan klubu ilə birlikdə İspaniya çempionu (2012-ci ildə), Kral Kubokunun qalibi (2011-ci il) və ölkə Super kubokunu (2012-cu il) qazanıb.


Xəbər lenti