Xəzər Xəbər

Areola “PSJ” ilə yeni müqavilə bağlamağa razılaşıb

İdman | 11:30 • 20 Dekabr 2018
Areola “PSJ” ilə yeni müqavilə bağlamağa razılaşıb

Fransız qapıçı Alfons Areola Fransanın "Paris Sen-Jermen” klubu ilə yollarını ayırmaq niyyətində deyil.

Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, 25 yaşlı futbolçu müqaviləsini 2023-cü ilədək uzatmaq üçün klubla razılaşıb.

Qeyd edək ki, Areola bir çox oyunlarda Canluici Buffonun əsas heyətdə yer aldığına görə, ehtiyatda qalmasına baxmayaraq, karyerasını PSJ-də davam etdirmək istəyir.

Xəbər lenti