Xəzər Xəbər

Fabreqas gəlir, Çalhanoğlu gedir

İdman | 16:18 • 19 Dekabr 2018
Fabreqas gəlir, Çalhanoğlu gedir

"Milan" qış fasiləsində Hakan Çalhanoğlu ilə yolları ayırmağı planlaşdırır.

Bu barədə "La Gazetta dello Sport" məlumat yayıb. Xəbərdə qeyd edilib ki, "qırmızı-qaralar" mövsümün sonunda "Çelsi" ilə müqaviləsi başa çatacaq Sesk Fabreqası qış fasiləsində almağa çalışacaq. "Milan" bu transferdə anlaşma əldə etsə, yarımmüdafiəçisi Hakan Çalhanoğlunu göndərəcək. Türkiyə millisinin üzvünün ən azı 20 milyon avroya satılması planlaşdırılır. Hakanın transferi üçün Almaniya Bundesliqa təmsilçisi "Leyptsiq"lə görüş baş tutub.

Qeyd edək ki, 24 yaşlı futbolçu 2017-ci ildə 22 milyon avro qarşılığında "Bayer"dən "Milan"a keçib. Çalhanoğlu İtaliya klubunda 63 oyunda 9 qol vurub, 21 assist edib.

Xəbər lenti