Xəzər Xəbər

Kurtua Simeonenin cavabını verdi

İdman | 16:12 • 19 Dekabr 2018
Kurtua Simeonenin cavabını verdi

"Real"ın qolkiperi Tibo Kurtua "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin fikirlərinə münasibət bildirib.

Argentinalı mütəxəssis belçikalı qolkiperin ilin ən qapıçı seçilməsi barədə"Tibo Kurtua yayda "Çelsi"ni "Real"a dəyişdi və FIFA-dan ilin ən yaxşı qapıçı mükafatını aldı. O, "Atletiko"da çıxış edərkən bunu Keylor Navas qazanmışdı. Özünüz də görürsünüz ki, dünya futbolunda işlər necə idarə edilir. Hər şeyi aydın başa düşəndən sonra rahat başla yaşayırsan" bu sözləri səsləndirmişdi.

Kurtuanın isə sabiq baş məşqçisinə cavabı sərt olub: "Simeone tez-tez "Real"ı tənqid edir. Belə etməklə azarkeşlərə şirin görünməyə çalışır. "Real" cəbhəsinə bilərəkdən hücum edir ki, azarkeşlər tərəfindən xoş qarşılansın. Simeone belə edəndə düşünür ki, hər şey yaxşı olacaq".

Qeyd edək ki, Kurtua "Atletiko"da Dieqo Simeonenin rəhbərliyi altında çıxış edib.


Xəbər lenti

Çox oxunanlar