Xəzər Xəbər

Peres Mourinyonu "Real"a gətirmək istəyir

İdman | 15:58 • 19 Dekabr 2018
Peres Mourinyonu "Real"a gətirmək istəyir

"Mançester Yunayted"dən ayrılan Joze Mourinyonun işsiz günləri çox çəkməyə bilər.

Madrid "Real"ının prezidenti Florentino Peres portuqaliyalı mütəxəssisi komandanın baş məşqçi postuna gətirmək istəyir. Bu barədə "Independent" nəşri məlumat yayıb. Xəbərdə qeyd edilib ki, Peresin Mourinyo ilə münasiblətləri yaxşıdır və qısa müddətdə danışıqlara start veriləcək.

"Real"ı hazırda Santyaqo Solari çalışdırsa da, Peresin onu gələcəkdə bu postda düşünmədiyi haqda xəbərlər gəzir.

Qeyd edək ki, 55 yaşlı mütəxəssis 2010-2013-cü illərdə "Real"ı çalışdırıb.

Xəbər lenti