Xəzər Xəbər

"Everton" ayrılığa icazə verdi

İdman | 15:53 • 19 Dekabr 2018
"Everton" ayrılığa icazə verdi

Adı "Qalatasaray"la hallanan "Everton"un hücumçusu Oumar Niasse ilə bağlı yeni iddia yayılıb.

Liverpul təmsilçisi 28 yaşlı forvardın klubdan ayrılmasına icazə verib. Bu barədə "Liverpool Echo" məlumat yayıb. Son 12 oyunda forma şansı qazanmayan seneqallı forvardın "Kardif Siti"dən rəsmi təklif aldığı qeyd edilib.

Qeyd edək ki, Niasse 2016-cı ildə "Lokomotiv"dən "Everton"a 17,9 milyon avroya transfer edilib.

Xəbər lenti