Xəzər Xəbər

Zlatan İbrahimoviç yekun qərarını verdi

İdman | 16:24 • 18 Dekabr 2018
Zlatan İbrahimoviç yekun qərarını verdi

ABŞ-ın "Los-Anceles Qalaksi" klubunda çıxış edən Zlatan İbrahimoviç klubdan ayrılmayacağını açıqlayıb.

37 yaşlı forvard sosial şəbəkə hesabında klubunun qısa adını "LA" və öz adını birləşdirərək, "zLAtan" yazaraq, paylaşıb. İsveçli futbolçu "MLS, səninlə hələ işim bitməyib" sözlərini də əlavə edib. Bununla da, İbrahimoviç Avropaya qayıdacağı ilə bağlı iddialara son qoyub.

Qeyd edək ki, Zlatan İbrahimoviç "Los-Anceles Qalaksi"də 27 oyuna 22 qol vurub, 7 assist edib.

Xəbər lenti