Xəzər Xəbər

Mourinyo “Mançester Yunayted”dən getdi

İdman | 14:14 • 18 Dekabr 2018
Mourinyo “Mançester Yunayted”dən getdi

İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçisi Joze Mourinyonu istefaya göndərib.

"Qırmızı şeytanlar" bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb. 55 yaşlı çalışdırıcının müqaviləsinə klub tərəfindən xitam verilib. Buna "Mançester Yunayted"in uğursuz çıxışları səbəb olub.

Mançester təmsilçisi portuqaliyalı mütəxəssisə böyük məbləğdə təzminat ödəməli olacaq. "Qırmızı şeytanlar”ın rəhbərliyi 55 yaşlı məşqçini vaxtından əvvəl vəzifəsindən kənarlaşdırdığı üçün 24 milyon funt sterlinq ziyana düşüb.

Qeyd edək ki, "Mançester Yunayted” İngiltərə Premyer Liqasında 17 turdan sonra 26 xalla 6-cı pillədə qərarlaşıb.


Xəbər lenti