Xəzər Xəbər

Joze Mourinyonun yeni iş yeri açıqlandı ŞOK

İdman | 18:21 • 17 Dekabr 2018
Joze Mourinyonun yeni iş yeri açıqlandı

"Mançester Yunayted" Joze Mourinyo ilə yollarını ayıracaq.


Bu barədə "Daily Express" məlumat yayıb. Bildirilir ki, Premyer Liqada çempionluq mübarizəsindən uzaq qalan klubun rəhbərliyi portuqaliyalı mütəxəssisi yola salmaq niyyətindədi.


"Daily Express" Mouryino ilə bağlı daha bir iddia ilə çıxış edib. Qəzet yazır ki, portuqaliyalı mütəxəssis İtaliyaya dönəcək. Belə ki, A Seriyasında "Yuventus"dan 14 xal geri qalan və Çempionlar Liqasında mübarizəni dayandıran klubun prezidenti Guzeppe Marotta Lusiano Spallettini istefaya göndərəcək və Mourinyonu komandaya qaytaracaq.


Qeyd edək ki, Mourinyo 2008-2010-cu illərdə "İnter"i çalışdırıb. Komanda onun rəhbərliyi altında İtaliya çempionluğunu (2 dəfə), kubokunu, ölkə Super Kubokunu və Çempionlar Liqasını qazanıb.


Fanat.Az

Xəbər lenti